Xabi Alonso baş məşqçi oldu

Xabi Alonso baş məşqçi oldu
DÜNYA FUTBOLU 10 İyul 2019 / 13:08 4152
-  A +

İspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.

Qol.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın  "Real Sosyedad" klubunda çalışacaq. Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub.  O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.

Son xəbərlər