"Partizani" oyuna yaxşı köklənib

"Partizani" oyuna yaxşı köklənib
XƏBƏR 10 İyul 2019 / 11:42 2222
-  A +

"Çempionlar Liqasında açılış oyununa çıxacağıq. Bu,  bizim üçün xüsusi hadisədir. Komandam yoldaşlarım kimi mən də oyuna çox yaxşı motivasiya olunmuşam".

Qol.az-ın məlumatına görə, bu sözləri "Partizani"nin futbolçusu Villiam Kordeyro deyib.

Albaniya mətbuatına danışan braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu söyləyib: "Buna görə də Azərbaycandakı oyun öncəsi yaxşı nəticə əldə etməliyik. Meydan amilindən istifadə etməliyik".

Qeyd edək ki, “Partizani” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə 19:30-da başlayacaq.


Son xəbərlər