«Olimpiya»nın baş məşqçisi «Xəzər Lənkəran»ın baş məşqçiliyinə namizədliyini irəli sürdü

XƏBƏR 8 İyul 2010 / 23:33 2453
-  A +

Moldovanın «Olimpiya» klubunun baş məşqçisi Nikolay Bunya «Xəzər Lənkəran»la bugünkü oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, o, Avropa Liqasının cavab qarşılaşmasında sensasiyaya imza atdıqlarını bildirib: «Sizin yaxşı komandanız olsa da, bizdən çox zəifdir. Biz sensasiya etdik, amma çox qol da vura bilərdik. «Xəzəl Lənkəran» fərdi oyuna görə çox güclüdür».
Nikolay Bunya «Xəzər Lənkəran»ı çalışdırmaq istədiyini gizlətməyib: «Əgər «Xəzər Lənkəran»dan təklif gəlsə, qəbul edərəm. Amma mənim «Olimpiya» ilə ilin sonunadək müqaviləm var. «Olimpiya»nın prezidenti məni Azərbaycana buraxmaz».
Xatırladaq ki. Avropa Liqasının birinci təsnifat mərhələsinin «Xəzər Lənkəran» - «Olimpiya» oyunu 1:1 hesabı ilə başa çatıb. İlk oyun 0:0 hesabı ilə yekunlaşdığından növbəti mərhələyə moldovalılar vəsiqə qazanıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi