"Vorskla"nın futbolçusu "Neftçi" ilə oyundan danışdı

"Vorskla"nın futbolçusu "Neftçi" ilə oyundan danışdı
XƏBƏR 1 İyul 2019 / 00:30 4343
-  A +

"Çətin oyun oldu. Görünür, rəqib fiziki cəhətdən daha hazırlıqlı idi".

Qol.az xəbər verir ki, bu sözləri Ukrayna "Vorskla"sının yarımmüdafiəçisi Dmitri Kravçenko klubun rəsmi saytına açıqlamasında deyib. "Neftçi"yə qalib gəldikləri yoxlama oyunu haqda danışan futbolçu "ağ-qaralar"ın yalnız fiziki hazırlıq baxımından onları üstələdiyini söyləyib:

"Topla oyunda rəqibə uduzduğumuzu düşünmürəm. Yeganə üstünlükləri fiziki hazırlıq idi. Nəzərə almaq lazımdır ki, biz toplanışa yenicə başlamışıq. Ona görə də hələ forma yığacağıq. Bu oyunu yaxşı səviyyədə keçirdik".

Qeyd edək ki, "Neftçi" Türkiyədəki sonuncu yoxlama oyununda dünən "Vorskla"ya 2:3 hesabı ilə uduzub.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə