“Bakı” Naci Şensoy xəbərlərini təkzib etdi

“Bakı” Naci Şensoy xəbərlərini təkzib etdi
XƏBƏR 8 İyul 2010 / 16:28 1692
-  A +

“Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun Bolqarıstan mətbuatına verdiyi açıqlamada “Bakı”ya mümkün keçidi və buna son anda millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun mane olması haqda informasiyalar həqiqətə uyğun deyilmiş. Qol.Az-ın məlumatına görə, bu haqda “Bakı” futbol klubunun rəsmi internet saytı vasitəsilə təkzib dərc olunub. Həmin təkzibi olduğu kimi diqqətinizə çatdırırıq:
“Son günlər bəzi kütləvi informasiya vasitələrində “Bakı” futbol klubunun baş məşqçisi postuna Nacı Şensoyun gətirilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bildirmək istəyirik ki, "Bakı" futbol klubunun baş məşqçisi postuna namizədlər siyahısında Nacı Şensoyun adı heç vaxt olmayıb və "Bakı" futbol klubunun rəsmilərindən onunla heç kim danışıq aparmayıb”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi