“Olimpiya”nın qapıçısı Kamran Ağayevə söz atdı

“Olimpiya”nın qapıçısı Kamran Ağayevə söz atdı
XƏBƏR 8 İyul 2010 / 14:10 2221
-  A +

“Şansları bərabər sayıram. Top yumru, meydan düzdü. Hər şey öz əlimizdədir. İlk matçda pis oynamadıq. Buna görə də cavab görüşünə böyük ümidlər bəsləyirik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün “Xəzər Lənkəran”ın qonağı olacaq Moldova “Olimpiya”sının qapıçısı Sergey Paşenko söyləyib.
O, Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında oynanılan “Jabulani” topu ilə ilk dəfə Lənkəranda tanış olduğunu da deyib: “Bu topla bağlı təəssüratlarım heç də yaxşı deyil. Hesab edirəm ki, bu top “Xəzər Lənkəran”ın qapıçısı üçün rahat olmayacaq. İndi mən dünya çempionatındakı qapıçıları başa düşürəm. Özüm bunu hiss etdim. Topun trayektoriyası nəsə anlaşılan deyil. Ümid edirəm ki, mən tez-tez oyuna qoşulmalı, topla qarşılaşmalı olmayacam. Oyunda mənim üçün hər şey qaydasında olacaq. “Xəzər Lənkəran”ın qapıçısı haqda isə bunu deyə bilmərəm”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi