Petr Çex "Çelsi"yə qayıtdı

Petr Çex "Çelsi"yə qayıtdı
DÜNYA FUTBOLU 21 İyun 2019 / 12:18 4881
-  A +

Avropa Liqasının Bakıda keçirilən  final oyunundan sonra karyerasını bitirən “Arsenal”In qapıçısı Petr Çex “Çelsi”yə qayıdıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çexiyalı veteran qolkiper  "zadəganlar"ın texniki müşaviri təyin edilib.

Qeyd edək ki, Çex 2004-2015-ci illərdə "Çelsi"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.

Son xəbərlər