“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Partizani” klubu haqda məlumat yayıb.
Qol.az-ın Ağdam təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 1946-cı ildə yaradılmış klub paytaxt Tirananı təmsil edir. Komanda ev oyunlarını 9500 azarkeş tutumlu “Selman Stermasi Stadium”da keçirir. “Partizani”ni italiyalı Franko Lerda çalışdırır. O, bu ay komandaya baş məşqçi təyin edilib. Çempionluğu isə Şkender Gega əldə edib. Komandanın kapitanı qapıçı Alban Hocadır.
Ötən mövsüm 70 xal toplayıb, ən yaxın izləyicisi “Kukesi”ni 11 xal qabaqlayan “Partizani” tarixində 16-cı dəfə Albaniyanın ən güclüsü adını qazanıb. Paytaxt təmsilçisi buna 26 il sonra buna nail olub. Klub sonuncu dəfə 1992/93 mövsümündə Albaniya çempionluğunu bayram etmişdi. 15 dəfə ölkə kubokunu, 1 dəfə Superkuboku qazanan “Partizani” 1 dəfə də ölkənin I Dizionunun qalibi olub.
1962/63 mövsümündə avrokuboklarda debüt edən “Partizani”nin ən böyük uğuru 2016/17 mövsümündə qeydə alınıb. Həmin zaman “Şkenderbeu”nun cəzalandırılması səbəbindən Çempionlar Liqasının II təsnifat mərhələsində oynamaq imkanı əldə edən komanda 3-cü raunda yüksəlməyi bacarıb. Ancaq burda Avstriyanın “Zalsburq” klubunu keçmək mümkün olmayıb. Mübarizəni Avropa Liqasının pley-offunda davam etdirən tiranalılar Rusiya “Krasnodar”ına iki oyunun cəmində 0:4 uduzaraq, qrupa düşmək şansını əldən verib.
Avrokuboklarda ümumilikdə 56 oyun keçirmiş “Partizani” bunların 8-də qələbə qazanmağı bacarıb. 11 oyunda bərabərlik əldə edən komanda 37 görüşdə məğlubiyyətə üzülüb. Komandanın ümumi qol fərqi isə 34:96-dır.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək