“Qarabağ” artıq Makedoniyadadır

XƏBƏR 6 İyul 2010 / 18:18 1836
-  A +

“Qarabağ” artıq Makedoniyadadır. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, komandamız bu gün səhər Bakı – İstanbul – Skopye reysiylə “Metallurq”la görüşə yollanıb. Səhər saat 6:00-da Bakını tərk edən komandamız yerli vaxtla 13:30-da (Bakı vaxtıyla 16:30) Skopyeyə çatıb. Ağdam təmsilçisi dərhal otelə yollanıb. Komandamız səfər müddətində paytaxtın 5 ulduzlu “Aleksandr” otelində qalacaq. Bu otel oyunun keçiriləcəyi stadiondan 500 metr aralıda yerləşir. Komandamız axşam saatlarında Skopyedə məşqə çıxacaq. Sabah isə komandamız yerli vaxtla 17:00-da sonuncu məşqinə çıxacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi