Hakim qol vurdu - Video

Hakim qol vurdu - <b style="color:red"> Video</b>
VİDEO 26 May 2019 / 10:25 4488
-  A +

Hollandiya 4-cü divizionunda kuryoz qol qeydə alınıb.

Qol.az xəbər verir ki, “Harkemas Boys” -“HSV Huk” oyununda matçın baş hakimi meydan sahiblərinin qapısına qol vurub. Referi düzgün mövqe seçmədiyindən qonaqların qapı önünə göndərdiyi top onun ayağına dəyərək qapıya daxil olub.

Baş hakim oyun qaydalarına əsasən qolu qeydə alıb. Çünki hakim də oyunun tərkib hissəsidir. Referinin qolu qonaqları məğlubiyyətdən xilas etməyib. Görüş “Harkemas Boys”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
 
 

Daha çox


Son xəbərlər
24.06.19  20:30

"Milan"da ayrılıq