Tuxeldən Neymar və Mbappe açıqlaması

Tuxeldən Neymar və Mbappe açıqlaması
DÜNYA FUTBOLU 24 May 2019 / 12:30 3749
-  A +

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandadan ayrılacağı gündəmdə olan Kilian Mbappe və Neymarla bağlı danışıb.

Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis Fransa mətbuatına açıqlamasında aparıcı futbolçuların komandada qalmasını istədiyini bildirib:

"Mbappe çox ağıllı futbolçudur. Gənc yaşından artıq məsuliyyəti öz üzərinə götürməyə çalışır. Bir baş məşqçi kimi Neymar və Mbappenin komandada qalmasını istəyirəm. Ancaq ayrılsalar, çıxış yolu tapacağıq".

Qeyd edək ki, Mbappe açıqlamasında PSJ-dən ayrılacağına işarə vurub. Neymarın adı isə Madrid "Real"ı ilə hallanır.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi