Azərbaycanın Rusiyadaki səfirliyindən “İnter”lə maraqlanmırlar

XƏBƏR 23 Yanvar 2009 / 13:36 2470
-  A +

Sıravi azarkeşlər və Moskvada yaşayan həmyerlilərimiz hər il olduğu kimi, bu il də “Birlik kuboku”nda iştirak edən Azərbaycan çempionunu dəstəksiz qoymurlar. Amma Azərbaycanın Rusiyadakı səfirliyindən heç kim nə komandamızın düşərgəsinə baş çəkib, nə də telefon vasitəsi ilə əlaqə saxlayıb “İnter”in problemləri ilə maraqlanıblar. Bu barədə Qol.Az-a komandanın məşqçisi Elxan Abdullayev söyləyib: “Moskvada yaşayan sadə azarkeşlərimiz bizi dəstəkləməyə gəlirlər. Amma sizin dediyiniz səviyyədə hələ heç kim bizimlə əlaqə saxlamayıb. Şəxsən mən Azərbaycanın Rusiyadaki səfirliyindən nə kiminsə düşərgəyə gəldiyini görmüşəm, nə də, bizimlə əlaqə saxladığını”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi