 
                    
                "Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Antuan Qrizmannın qərarına münasibət bildirib.
Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis 28 yaşlı futbolçunun seçiminə hörmətlə yanaşdığını söyləyib. Təcrübəli çalışdırıcı fransalı yarımmüdafiəçinin getmək barədə düşündüyünü əvvəlcədən bildiklərini deyib:
"İlk növbədə bizimlə olduğu üçün futbolçuya minnətdaram. Yalnız ona təşəkkür edə bilərəm. Qrizmannı insan kimi çox istəyirəm. Digər insanların qərarlarını mühakimə etməməyi öyrənmişəm. Bu, siz jurnalistlərin işidir. Onun komanda üçün etdiklərinin qarşılığını vermək və əlavə heç nə tələb etməmək lazımdır.
Bilirdik ki, gedişi mümkündür. Onunla özüm təkbətək də söhbət etmişdim. Ona fikirlərimi məhəbbət və həssaslıqla çatdırdım. Həmin söhbət aramızda qalacaq. "Atletiko" ilə müqavilə yeniləyəndə hər şeyin olduğu kimi qalmayacağını bilirdim. Xuanfran, Filipe Luis, Dieqo Qodin, Qrizmann və Ernandesin gedəcəyindən xəbərim var idi. Artıq Rodri barədə də xəbərlər dolaşır. Ona görə yeni sözləşməyə qol çəkdim ki, "Atletiko" bizim hamımızdan böyükdür. Bu komandadan Torres, Forlan, Aquero, Dieqo Kota, Qrizmann kimi futbolçular gedib. Amma biz hələ də mübarizə aparırıq.
Biz gələcək Qrizman ola biləcək yeni futbolçular axtaracağıq. Eyni sözləri Rodri və Oblak haqda da deyə bilərəm. Səbirsizliklə bunu gözləyirəm və burada qalmaqdan məmnunam".
Poqba yenidən zədələnib
“Real”da ayın futbolçusu o seçildi
“Qarabağ” evdə “İmişli”ni belə məğlub etdi - Video
Cüdoçumuz Avropa çempionu oldu
Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
Türkiyə klubunda baş məşqçi istefası
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı
“8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov
Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif
"Qarabağ" “İmişli”yə qalib gəldi
“İmişli”nin şikayəti təmin edilmədi
Pedro karyerasının sonuna yaxınlaşır
“Barselona” və “Real” bu hücumçunu transfer edə bilər
"Barselona" "Kamp Nou"ya qayıdış vaxtını açıqladı
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
"Qarabağ" - "İmişli": Heyətlər açıqlandı
Qəbələdə kütləvi futbol festivalı keçirildi
Spaletti "Yuventus" tarixinin ən yaşlısı oldu
"Qarabağ" - "Çelsi" matçına nə qədər bilet satılıb?
Ovusu "Qəbələ"nin tarixinə düşdü
Serbiya millisinin yeni baş məşqçisi açıqlandı
Frimponq daha 5-6 həftə oynamayacaq
"Qalatasaray" Osimhenin təzminat qiymətini müəyyənləşdirdi
Etdiyi hərəkətə görə üzr istədi!
Azərbaycan millisi Banqladeşə gedir
Premyer Liqamızın buhəftəki oyunlarının hakimləri
Libertadores kubokunun finalına yüksəldilər
De Brüyne DÇ-2026-nı buraxa bilər
"Yuventus" yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" Lüksemburq klubu ilə heç-heçə etdi
Azərbaycan komandası Aktauda birinci yeri tutdu
“Seltik” Robertson üçün hərəkətə keçdi
Uzunmüddətli zədədən sonra məşqlərə qayıtdı
“Bavariya” “Milan”ın 33 illik rekordunu geridə qoydu
Azərbaycanın paragüllə atıcısı dünya kubokunda üçüncü oldu
“Yuventus”un hücumçusu Premyer Liqa klublarının hədəfində
“Liverpul”un uzunmüddətli müqavilə planı
Ərdoğan o hakimlər haqda istintaqdan danışdı
Vlahoviç: “Özümü komandanın lideri kimi hiss etmirəm”
Serbiya millisində yeni baş məşqçi
“Barselona” Osimhenlə maraqlanır
U-17 millimiz Moldova ilə heç-heçə etdi