Momanidən Kloppa cavab - Bakıya görə

Momanidən Kloppa cavab - Bakıya görə
XƏBƏR 13 May 2019 / 15:17 5698
-  A +

Məşhur iordaniyalı karikaturaçı Omar Momani növbəti karikaturasını bir neçə gün öncə Avropa Liqasının final oyununun Bakıya salınmasından narazılığını bildirən "Liverpul"un baş məşqçisi Yürgen Kloppa həsr edib.

Qol.az xəbər verir ki, karikaturada almaniyalı mütəxəssislə yanaşı, Avroliqanın finalçıları "Arsenal" və "Çelsi"nin baş məşqçiləri - Unai Emeri və Mauritsio Sarrini, eyni zamanda futbolçuları təsvir edən rəssam altında isə bu sözləri yazıb:

"Bizə qoşulun, cənab Klopp. Azərbaycanda səhər yeməyi insanları bir araya gətirir və hamını xoşbəxt edir. Bunun dadına baxmaq lazımdır".

Qeyd edək ki, Avroliqanın finalının Bakıda keçirilməsinin gülməli olduğunu söyləyən Klopp bu qərarı verənləri ələ salmış, "Bilmirəm, onlar səhər nə yeyirlər" demişdi.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə