Yeniyetmə futbolçularımız almanları darmadağın etdi

XƏBƏR 3 İyul 2010 / 17:39 1995
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyada təşkil olunmuş turnirdə bu gün ilk oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız Turingen əyalətinin yığma komandası ilə qarşılaşıb. Oyun 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Qurbanəli Əliyev, Ruslan Nəsirli, Namiq Ələsgərov və Kənan Manafov vurub.
Qeyd edək ki, bu, Almaniya Futbol İttifaqı tərəfindən keçirilən ənənəvi turnirdir və iştirakçıları Almaniyanın müxtəlif bölgələrini təmsil edən yığma komandalardır. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu turnirə AFFA ilə Almaniya Futbol İttifaqı arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində dəvət olunub. 22 komandanın mübarizə apardığı turnirdə yığmamız Almaniya təmsilçisi olmayan yeganə komandadır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi