Millimizin üzvündən qol ötürməsi

Millimizin üzvündən qol ötürməsi
XƏBƏR 28 Aprel 2019 / 12:12 2537
-  A +

Türkiyə 1-ci liqasında 31-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün çıxış etdiyi “Girəsunspor” səfərdə “Qazişəhər Qaziantep”lə 2:2 hesablı heç-heçə edib.

Start heyətdə meydana çıxan 20 yaşlı yarımmüdafiəçi fasilədə əvəzlənib. Kökcü komandasının vurduğu ikinci qolda məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Girəsunspor” 30 xalla 15-ci pillədə qərarlaşıb.


 


Son xəbərlər