"Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir" - Vaqner da Silva

"Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir" -  Vaqner da Silva
XƏBƏR 26 Aprel 2019 / 11:00 3511
-  A +

"İlk dəfə belə bir mənzərənin şahidi oluram. Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Formula-1 üzrə Azərbaycan Qran-prisi haqda danışarkən deyib. Braziliyalı qolkiper "Globo Sport"a açıqlamasında bildirib ki, avtomobillərin 340 km/saat sürətlə ötüşməsini yaşadığı yerin pəncərəsindən izləmək mümkündür:

"Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm. Ancaq bazar günü yarışa mütləq baxacam".

Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi  iki gün davam edəcək.


Son xəbərlər