Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı
XƏBƏR 20 Aprel 2019 / 17:55 2249
-  A +

Almaniyanın 3-cü Bundesliqasında 34-cü tura start verilib.

Qol.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” "Zonnenhof Qrossaşpax"ı  qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

R.Dadaşov start heyətdə meydana daxil olub və 90-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Proyssen" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər