Qrizmannın "Barseloya" keçidi əngəlləndi - liderlər imkan vermədi

Qrizmannın "Barseloya" keçidi əngəlləndi - liderlər imkan vermədi
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 11:26 3442
-  A +

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu "Atletiko"nun futbolçusu Antuan Qrizmannla maraqlandıqları ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, fransalı yarımmüdafiəçini almağı düşünmədiklərini deyib: "Qrizmannın transferi ilə bağlı işimiz olmayıb. Nə onunla, nə də klubu ilə danışıq aparmışıq. Qrizmannı almaq gündəmimizdə yoxdur".

Qeyd edək ki, ötən mövsüm Qrizmannı transfer edə bilməyən "Barsa"nın bu yay yenidən oyunçunu almağa çalışacağı iddia olunurdu.

Əlavə edək ki, daha öncə "Barselona"nın bəzi lider oyunçularının Qrizmannın transferinə qarşı çıxdıqları, bununla bağlı rəhbərliyə müraciət etdikləri barədə məlumat yayılmışdı.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi