Alleqri "Ayaks"a qalib gələcəklərinə ümid edir

Alleqri "Ayaks"a qalib gələcəklərinə ümid edir
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 09:47 1737
-  A +

"İlk görüşün nəticəsi heç bir şey demək deyil.  Qarşıda fərqli matç var. "Atletiko"ya qarşı oynadığımız ruhda oynamalıyıq. "Ayaks"ın hücumuna hörmətlə yanaşmalı, ötürmələrdə dəqiq olmalıyıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la cavab oyunu öncəsi deyib.

O, komandanın qol silahı Kriştiano Ronaldonun ilk qarşılaşma müqayisədə daha yaxşı vəziyyətdə olduğunu bildirib: "Ronaldo üstün keyfiyyətlərə malik futbolçudur. Bəzi məqamlarda o, dayandırıla bilməz. Bu, Ronaldonun üzündən də oxunur. İlk matça müqayisədə artıq yaxşı vəziyyətdədir".

M.Alleqri enerjisi yüksək bir oyun olacağını söyləyib: "İlk görüşdə etdiyimizdən daha yaxşı oynamalıyıq. "Ayaks" bu mövsüm səfər matçlarında uduzmayıb. Ümid edirəm ki, biz bunu dəyişəcəyik. Rəqibə hörmət etməliyik. Çünki güclü komandadır. Hücum zamanı səhv etməməliyik. Aqressiq oynamalıyıq".

Qeyd edək ki, "Yuventus" - "Ayaks" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi