"Salah bu qolla ona "terrorçu" deyənləri susdurdu"

"Salah bu qolla ona "terrorçu" deyənləri susdurdu"
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 18:33 4079
-  A +

"Liverpul"un müdafiəçisi Endryu Robertson Məhəmməd Salahın İngiltərə Premyer Liqasının 34-cü turunda "Çelsi"nin qapısına vurduğu baxımlı qoldan danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, şotlandiyalı futbolçu komanda yoldaşının bu qolla onu təhqir edənlərin cavabını verdiyini bildirib:

"Salah əla qolla onu "terrorçu" adlandıran "Çelsi" azarkeşlərini susdurdu. Məncə, o, həmin fanatlara çox gözəl cavab verdi. Hiss olunur ki, onların sözləri Salaha mənfi təsir göstərməyib. Həqiqətən gözəl qol idi. O, zərbə vuranda hamı topun qapıya daxil olacağını bildi. Bu mövsüm Salahı çox tənqid edirlər. Məncə, ədalətsiz yanaşmadır. Amma yəqin ki, artıq bu cür söhbətlər səngiyəcək. Bu isə futbolçuya son oyunlarda özünəinam gətirəcək".

Qeyd edək ki, "Liverpul"un 2:0 hesabı ilə qalib gəldiyi oyundan əvvəl sosial şəbəkələrdə bir qrup "Çelsi" azarkeşinin Salahı təhqir etdiyi, müsəlman olduğu üçün ona "terrorçu" dediyi video yayılmışdı.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi