Cahangir Həsənzadə: “Ya klub tapıb oynayacam, ya da dörd ay istirahət edəcəm”

XƏBƏR 22 Yanvar 2009 / 19:38 2706
-  A +

Milli komandanın və “Qəbələ”nin sabiq qapıçısı Cahangir Həsənzadənin “Muğan”a keçidi məsələsi açıq qalır. Bunu Qol.Az saytına məlumatında futbolçu özü deyib: “Hələ ki, “Muğan” tərəfi məni transfer etmək üçün fikirləşir. İnşallah ,gələn həftəyə hər şeyə aydınlıq gəlməlidir. Əgər onlarla anlaşmasam, dörd ay istirahət edəcəyəm”.
Qeyd edək ki, “Muğan” Cahangir Həsənzadəni almaq üçün “Qəbələ”yə pul ödəməlidir. 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi