«Qarabağ»da daha iki futbolçu sıradan çıxdı

XƏBƏR 22 Yanvar 2009 / 17:05 2476
-  A +

«Qarabağ» klubu Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam etdirir. Qol.Az-ın məlumatına görə, bu gün komanda iki məşqi baş tutub. Səhər məşqi ənənəvi olaraq 10:00-da keçirilib. İsinmə-gərilmə hərəkətlərinin ardından futbolçular kross qaçıblar. İlk olaraq 20, ardınca isə 25 dəqiqə fərdi müəyyənləşdirilmiş pulsla qaçan futbolçuların tempi texniki korpus tərəfindən yüksək dəyərləndirilib. Ardınca isə toplu çalışmalar başlayıb. Öncə iki, sonra isə sərbəst sürətdə qısa və böyük ərazidə qapısız futbol oynanılıb. Sonda isə üçlü qrupdan ibarət mini turnir keçirilib.
Məşqdə heç də bütün futbolçular iştirak etməyib. Zaur Ramazanov diş ağrısı səbəbindən yaranmış iltihabdan, Namiq Yusifov isə dizində yaranmış ağrıya görə səhərki məşqi buraxmalı olub.


 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi