FİFA Fransa millisini diskvalifikasiya edə bilər

XƏBƏR 27 İyun 2010 / 14:31 2112
-  A +

FİFA Fransa hökumətinin milli komandanın daxili işlərinə qarışmaqda davam edəcəyi təqdirdə, millini diskvalifikasiya etməklə hədələyib.

“Associated Press”in verdiyi məlumata görə, bunu FİFA-nın baş katibi Jerom Valka deyib.

Xatırladaq ki, FİFA hökumətlərə milli komandaların daxili işlərinə qarışmasını qadağan edir. İraq yığması 2008-ci ildə belə bir qayda pozuntusuna görə diskvalifikasiya edilib.

Jerom Valka Fransa hökuməti nümayəndələri ilə danışdığını və ehtiyatlı olmağa çağırdığını bildirib: “Çünki FİFA hansı ölkə olmasından asılı olmayaraq, belə məsələlərə sərt reaksiya göstərir. Biz mütləq vəziyyəti nəzarət altında saxlayacağıq. Mən bunu fransız olduğuma görə demirəm. Hökumətin heç bir nümayəndəsi kiminsə istefasını tələb edə bilməz. Bu, FİFA-nın və dünya futbolunun qaydasıdır. Ümid edirəm ki, biz hansısa tədbir görmək məcburiyyətində qalmayacağıq”.

Xatırladaq ki, Fransa yıtğmasındakı qalmaqaldan və milli komandanın dünya çempionatının qrup mərhələsindən çıxa bilməməsindən sonra prezident Nikolya Sarkozi komandadakı vəziyyəti şəxsi nəzarəti altına aldığını bəyan etmişdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi