Çingiz İsmayılov: «Birlik kuboku» nüfuzunu itirib»

XƏBƏR 22 Yanvar 2009 / 16:43 2633
-  A +

«Əvvəlki illərlə müqasiyədə indi «Birlik kuboku» yarışının səviyyəsi çox aşağı düşüb. Bizim AFFA-dakı fəaliyyətimiz dövründə bu turnir daha yaxşı idi. Keçmiş SSRİ ölkələrinin ən güclü klubları mübarizə aparırdı». Qol.Az-a açıqlamasında AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov belə deyib. Ç.İsmayılovun fikrincə, «Birlik kuboku» indi nüfuzunu itirib. O, bunun səbəbini belə izah edib: «Əvvəllər mükafat fondu var idi. Məbləğ 100 min dollar təşkil edirdi. Əvvəlki yarışlarla indikini müqayisə etsək, yerlə göy arasında fərq olar. İndi Ukrayna 3-cü, Özbəkistan 2-ci komandasını yarışa göndərib. «Birlik kuboku»nda «Şaxtyor» hazırlıq qrupu ilə oynayır». AFFA-nın keçmiş rəsmisi buna görə təşkilatçı ölkə Rusiyanı günahlandırıb. Ç.İsmayılov bildirib ki, həmin dövlət turnirə çempion komandanın heyətini buraxmamaqla yarışa dırnaqarası yanaşdığını nümayiş etdirib: «Ona görə də, MDB ölkələrinin aparıcı dövlətlərininin komandaları nəinki yarımfinala, heç 1/4 çıxa bilmədilər. Yarışa azarkeş marağı da çox aşağıdır. Rusiya TV-lərindən oyuna baxanda bunun şahidi olmaq mümkündür. Bunlar bir daha göstərir ki, «Birlik kuboku» nüfuzunu itirib». AFFA-nın keçmiş rəsmisi ruslara məsləhət də verib: «Yarışın reklamı çox pis gedir. Halbuki buna xüsusi diqqət yetirilməlidir. Əvvəllər Moskvanın mərkəzi, Rusiya televiziyası oyunları canlı yayımlayırdısa, indi bu, yoxdur. Ruslar yalnız videoyazı, fraqment göstərilməklə kifayətlənirlər. Bu yarışda futboldan çox, siyasət var. İstəyirlər ki, MDB-ni əllərində saxlasınlar».
    

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi