Millimizin üzvü Çexiyada növbəti qolunu vurdu

Millimizin üzvü Çexiyada növbəti qolunu vurdu
XƏBƏR 18 Mart 2019 / 19:50 3566
-  A +

Çexiya Gənclər Liqasında 22-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandası “Sparta"nın qonağı olub. Görüş "Slaviya"nın 2:1 hesablı qələbəsi ilə  başa çatıb. Start heyətdə meydana  çıxan U-21 millimizin üzvü F.Nəbiyev bu görüşdə bir qol vurub. O, 42-ci dəqiqədə komandasının qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 29 xalla 8-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi