Ronaldo milliyə çağırıldı - DÇ-2018-dən sonra ilk dəfə

Ronaldo milliyə çağırıldı - DÇ-2018-dən sonra ilk dəfə
DÜNYA FUTBOLU 15 Mart 2019 / 19:16 2759
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo  Portuqaliya millisinə yenidən çağırılıb.

Qol.az-ın Portuqaliya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Fernandu Santuş 34 yaşlı hücumçunu AVRO-2020-nin seçmə mərhələsində Ukrayna və Serbiya ilə oyunlar üçün milliyə dəvət edib.

Beləliklə, Ronaldo DÇ-2018-dən sonra ilk dəfə yığmada çıxış edəcək.

Qeyd edək ki, Ronaldo yayda transfer olunduğu "Yuventus"a uyğunlaşmaq üçün 2018-ci ilin sonuna kimi milliyə çağırılmamağı xahiş etmişdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi