"Ronaldo canlı futbol Allahıdır" - Rio Ferdinand

"Ronaldo canlı futbol Allahıdır" -  Rio Ferdinand
DÜNYA FUTBOLU 13 Mart 2019 / 19:30 4812
-  A +

“Kriştiano canlı futbol Allahıdır. O, Çempionlar Liqasında bütün rekordları qırıb”.

Qol.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin sabiq üzvü Rio Ferdinand “Daily Mail”ə açıqlamasında deyib.

Keçmiş müdafiəçi “Mançester Yunayted”də birgə çıxış etdiyi Kriştiano Ronaldonun ötən gecə Çempionlar Liqasında “Atletiko” ilə görüşdəki möhtəşəm oyununu şərh edib: “Rəqib “Atletiko” idi. Yəni çox güclü müdafiə xəttinə malik komanda. Ronaldo belə bir rəqiblə oyunda het-trik etdi və dedi ki, “bura mənim evimdir, çıxın gedin”.

Xatırladaq ki, Ronaldo "Atletiko" ilə görüşdə (3:0) het-trik edərək komandasını növbəti mərhələyə yüksəldib. 

 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi