"Yuventus"dan möhtəşəm geridönüş, Mançesterdə qol yağışı

"Yuventus"dan möhtəşəm geridönüş, Mançesterdə qol yağışı
DÜNYA FUTBOLU 13 Mart 2019 / 01:53 11260
-  A +

Bu gecə Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşib.

Qol.az xəbər verir ki, 1/8 finalın cavab oyununda "Yuventus" "Atletiko"nu, "Mançester Siti" isə "Şalke"ni qəbul edib.

Turində keçirilən görüşdə "qoca sinyora"a Madrid məğlubiyyətinin (0:2) əvəzini artıqlaması ilə çıxıb. Kriştiano Ronaldonun het-triki "Yuventus"u növbəti mərhələyə yüksəlib. 

"Mançester Siti" isə ilk görüşdə 3:2 üstələdiyini rəqibinə qarşı bu dəfə daha amansız olub. "Şəhərlilər" 7 cavabsız qolla növbəti mərhələyə yüksəlib.


Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

00:00. “Yuventus” – “Atletiko” - 3:0
Qollar:
Ronaldo, 27, 49, 86-pen.
İlk oyun - 0:2

00:00. “Mançester Siti” – “Şalke” - 7:0 
Qollar:
Aquero, 35-pen. 38, Sane, 42, Sterlinq, 57, B.Silva, 71, Foden, 78, Jsusu, 84
İlk oyun - 3:2




13 mart

00:00. "Barselona" - "Lion"
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"
İlk oyun - 0:0


Xatırladaq ki, "Mançester Yunayted", "Ayaks", "Tottenhem" və "Portu" 1/4 finala yüksəlib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi