Ən gənc futbolçu ünvanı dəyişdi - Premyer Liqamızda

Ən gənc futbolçu ünvanı dəyişdi - <b style="color:red">Premyer Liqamızda</b>
PREMYER LİQA 2 Mart 2019 / 19:28 3785
-  A +

Topaz Premyer Liqasının 2018/19 mövsümündə yeni rekord qeydə alınıb.

Qol.az-ın PFL-in saytına istinadən  yaydığı xəbər görə, “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari çempionatda meydana çıxan ən gənc futbolçu olub.

“Sumqayıt”la XIX turun bu gün keçirilən matçının (0:0) gedişində zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi  əvəzləyən Ədilxan ölkə çempionatının yüksək dəstəsində debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib. Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turun “Qarabağ”la matçında debüt edən sonuncu meydana 17 yaş 326 günlüyündə çıxıb.

 

Daha çox


Son xəbərlər
14.07.19  16:44

Hazard seçimini etdi