"Panikada deyilik" - Sulşer

"Panikada deyilik" - Sulşer
XƏBƏR 16 Fevral 2019 / 14:52 2371
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə məğlubiyyətdən sonra komandadakı vəziyyəti şərh edib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, norveçli mütəxəssis panikada olmadıqlarını bildirib:

"Uduzduğumuz üçün panikada deyilik. Hər şeyi birdən dəyişmək olmaz, çünki bu, düşüncə tərzinə təsir etmir. İstədiyimiz futbolu oynamaq üçün əvvəlki qaydada hazırlaşmalıyıq. Bundan sonra da hücumameylli oyun sərgiləyəcəyik".

Qeyd edək ki, doğma meydanda PSJ-yə 0:2 hesabı ilə uduzan “Mançester Yunayted” növbəti mərhələ şansını çətinə salıb. Bu, həm də Sulşerin “qırmızı şeytanlar”ın sükanı arxasında ilk məğlubiyyəti olub.

Daha çox


Son xəbərlər