Özil PSJ-yə keçməkdən niyə imtina edib?

Özil PSJ-yə keçməkdən niyə imtina edib?
DÜNYA FUTBOLU 16 Fevral 2019 / 12:06 3871
-  A +

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil qış transfer pəncərəsində PSJ-yə keçə bilərmiş.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu türk əsilli alman futbolçunu Fransa təmsilçisinə icarəyə vermək istəsə də, o, buna razı olmayıb. 30 yaşlı futbolçu "Arsenal"dan onu birdəfəlik satmasını tələb edir. Əslində "topçular" Özili satmağın əleyhinə deyil. Sadəcə, yarımmüdafiəçinin maaşının yüksək (həftəlik 350 milyon funt-sterlinq) olması onun digər klublara transferinə mane olur.

Qeyd edək ki, Özillə münasibətləri yaxşı olmayan Unai Emeri onun komandada qalmasını istəmir.


Son xəbərlər