Qvardiola Sarridən danışdı: "Biz dostuq"

Qvardiola Sarridən danışdı:  "Biz dostuq"
DÜNYA FUTBOLU 11 Fevral 2019 / 16:09 3230
-  A +

“Bəli, oyundan sonra Sarri əlimi sıxmadı. Amma bunu şişirtmək lazım deyil.  Biz dostuq. Aramızda problem yoxdur".

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.

İngiltərə Premyer Liqasının 26-cı turunda "Çelsi"yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra rəqib komandanın baş məşqçisi Mauritsio Sarrinin onun əlini sıxmamasına münasibət bildirən ispaniyalı mütəxəssis həmkarından incimədiyini bildirib. Əksinə, Qvardiola Sarriyə dəstək nümayiş etdirib: "Onun nə istədiyini yaxşı bilirəm. Təəssüf ki, insanlar Sarrinin ideyasını başa düşmür. Elə bilirlər ki, hər şeyi çox rahat şəkildə yoluna qoymaq mümkündür. Düşünürlər ki,  yeni məşqçi gəldi, bir neçə futbolçu aldı, vəssalam, problemlər çözüldü. Belə deyil. Məşqçiyə inamdan və klubun sahibindən çox şey asılıdır. Klubumuzun prezidenti məni yaxşı başa düşür. İndiyədək “qalib gələndə yaxşısan, uduzanda pis” ifadəsini eşitməmişəm. Çünki mənə inanırlar. Bu cür münasibət Sarriyə göstərilsə, "Çelsi"də problem qalmaz”.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi