Suares "TOP-5"də

Suares "TOP-5"də
DÜNYA FUTBOLU 21 Yanvar 2019 / 11:09 2900
-  A +

"Barselona"nın futbolçusu Luis Suares üçün La Liqanın 20-ci turunda "Leqanes"lə matç (3:1) əlamətdar  olub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sözügedən görüşdə fərqlənən uruqvaylı  hücumçu Kataloniya təmsilçisində 167-ci qolunu vurub və klub tarixinin ən yaxşı bombardirləri siyahısında beşinci yerə yüksəlib.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Lionel Messidir (574 qol). Sesar Rodriqes (232) ikinci, Ladislav Kubala (194) üçüncü, Xosep Samiter (184) dördüncüdür.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi