"Yuventus" "Milan"ı udub, Superkuboku qazandı

"Yuventus" "Milan"ı udub, Superkuboku qazandı
DÜNYA FUTBOLU 17 Yanvar 2019 / 00:01 7479
-  A +

İtaliya Superkubokunun sahibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, həlledici qarşılaşmada "Yuventus" və "Milan" klubları üz-üzə gəlib. Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək görüş Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, A Seriyasının son qalibi olan "Yuventus" ötən mövsüm ölkə kubokunu da qazandığı üçün Superkubok uğrunda matçda məhz finalda məğlub etdiyi Milan təmsilçisi ilə qarşılaşıb.


16 yanvar

İtaliya Superkuboku

"Yuventus" - "Milan" - 1:0
Qol:
Kriştiano Ronaldo, 81 

Son xəbərlər