İtaliyanın iki nəhəng klubu Özillə maraqlanır

İtaliyanın iki nəhəng klubu Özillə maraqlanır
DÜNYA FUTBOLU 16 Yanvar 2019 / 12:28 3913
-  A +

"Arsenal"dan ayrılacağı iddia edilən Məsut Özillə İtaliyanın iki nəhəng klubu maraqlanır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, A seriyası təmsilçisi "Yuventus" və "İnter" türkəsilli alman yarımmüdafiəçini transfer etmək istəyir. London təmsilçisinin 30 yaşlı oyunçu üçün gələcək təkliflərdən birini dəyərləndirməyi planlaşdırdığı vurğulanıb.

"Arsenal"ın Özilin transferindən əldə ediləcək pulla Denis Suares ("Barselona") və Yannik Karraskonu ("Dalyan İfan") almaq istədiyi bildirilib.

Qeyd edək ki, M.Özilin İngiltərə klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi