"Qarabağ" qrup mərhələsində ilk qolunu vurdu - bu mövsüm

"Qarabağ" qrup mərhələsində ilk qolunu vurdu - bu mövsüm
XƏBƏR 9 Noyabr 2018 / 00:17 2305
-  A +

"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində ilk qolunu vurub.

Qol.az-ın məlumatına görə, qolun müəllifi  Araz Abdullayev olub. O, Avroliqanın qrup mərhələsinin 4-cü turunda hazırda davam edən "Vorskla" ilə səfər oyununun 13-cü dəqiqəsində penaltidən fərqlənib.

Bu, Arazın "Qarabağ"la avrokuboklarda vurduğu ilk qol olub.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl qrup mərhələsində keçirdiyi üç oyunda da fərqlənə bilməmişdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi