Portuqaliya millisinin heyəti - Ronaldo yoxdur

Portuqaliya millisinin heyəti -  Ronaldo yoxdur
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 18:58 2475
-  A +

Millətlər Liqasında bu ay İtaliya və Polşa ilə qarşılaşacaq Portuqaliya millisinin heyəti açıqlanıb.

Qol.az-ın federasiyanın rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, yığmaya 25 futbolçu dəvət alıb.
Komandanın kapitanı və lider Kriştiano Ronaldonun adı siyahıda yoxdur.

33 yaşlı hücumçu yeni komandası “Yuventus”a daha yaxşı uyğunlaşmaq üçün bu ilin sonuna qədər millidə çıxış etməyəcəyini açıqlasa da, sonradan oynamağa hazır olduğunu bildirmişdi.

Qapıçılar: Betu (“Göztəpə”), Klaudio Ramos (“Tondela”), Ruy Patrisiu (“Vulverhempton”)

Müdafiəçilər: Sedrik Soareş (“Southempton”), Joau Kanselu (“Yuventus”), Luiş Netu (“Zenit”), Joze Fonte (“Lill”), Mariu Ruy (“Napoli”), Pepe ( “Beşiktaş”), Rafael Gerreyro (“Borussiya” D), Ruben Diaş (“Benfika”)

Yarımmüdafiəçilər: Andre Qomeş (“Everton”), Bruno Fernandeş (“Sportinq”), Danilu Pereyra (“Portu”), Joau Mariu (“İnter”), Pissi (“Benfika”), Renatu Sanşeş (“Bavariya”), Ruben Neveş (“Vulverhempton”), Vilyam Karvalyu (“Betis”)

Hücumçular: Andre Silva (“Sevilya”), Bernardu Silva (“Mançester Siti”), Bruma (“Leptsiq”), Qonsalu Quedeş (“Valensiya”), Rafa Silva (“Benfika”), Antonio Eder (“Lokomotiv”)

Qeyd edək ki, Portuqaliya millisi noyabrın 17-də İtaliya, 3 gün sonra isə Polşa ilə qarşılaşacaq.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi