UEFA prezidenti vəzifəsinə yeganə namizəd - rəsmi

UEFA prezidenti vəzifəsinə yeganə namizəd - rəsmi
DÜNYA FUTBOLU 8 Noyabr 2018 / 16:43 2249
-  A +

UEFA-nın hazırkı rəhbəri Aleksandr Çeferin qurumda keçiriləcək növbəti prezident seçkilərində tək namizəd olacaq.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, dünən başa çatan ərizə qəbulu müddəti ərzində təkcə A.Çeferin namizədliyini irəli sürüb. 

Qeyd edək ki, növbəti prezident seçkiləri 2019-cu il fevralın 7-i Romada UEFA-nın 43-cü Konqressində keçiriləcək.

Xatırladaq ki, A.Çeferin 2016-cı ilin sentyabrın UEFA-nın 7-ci prezidenti seçilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi