"Qarabağ"dan güclü olduğumuzu sübut etməyə çalışacağıq"

"Qarabağ"dan güclü olduğumuzu sübut etməyə çalışacağıq"
XƏBƏR 8 Noyabr 2018 / 12:20 1563
-  A +

"Hər oyunda uğurlu seriyamızı davam etdirmək istəyirik".

Qol.az-ın "sport.ua" saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Vorskla"nın hücumçusu Yuri Kolomoyets deyib. UEFA Avropa Liqasının qrup mərələsinin 4-cü turunda bu gün "Qarabağ"ı qarşı keçirəcəkləri oyundan danışan 28 yaşlı futbolçu meydanda "Qarabağ"dan daha güclü olduqlarını sübut etməyə çalışacaqlarını söyləyib:

"Səfərdəki oyun yadımızdadır. Orada superhücum futbolu oynamasaq da, nəticə qazanmışdıq. Bu matçda da şanslar bərabərdir. Meydanda "Qarabağ"dan güclü olduğumuzu sübut etməyə çalışacağıq".

Qeyd edək ki, qarşılaşma bu gün, Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi