“Fənərbaxça” ölən azarkeşi üçün stadionda vida mərasimi keçirdi - Şəkillər

“Fənərbaxça” ölən azarkeşi üçün stadionda vida mərasimi keçirdi -  Şəkillər
DÜNYA FUTBOLU 4 Noyabr 2018 / 19:26 3865
-  A +

Türkiyə Superliqasının son turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” oyununun  başlamasından öncə həyatını itirən Koray Şener dəfn olunub.

Qol.az-ın "Hürriyyət”ə  istinadən yaydığı məlumata görə, 20 yaşında vəfat edən "Fənərbaxça" azarkeşi üçün klubun ev oyunlarını keçirdiyi  “Ülkər" stadionunda vida mərasimi təşkil olunub.

Mərasimə azarkeşlər, futbolçular, klub nümayəndələri, eləcə də “Fənərbaxça”nın prezidenti Ali Koç qatılıb.

Qeyd edək ki, Koray Şener İstanbul derbisinə gedərkən yolda ürəktutmasından dünyasını dəyişib.


















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi