İngiltərə millisi Rio Ferdinandı itirdi

İngiltərə millisi Rio Ferdinandı itirdi
XƏBƏR 5 İyun 2010 / 13:15 2015
-  A +

Dünya çempionatının final mərhələsi ərəfəsində İngiltərə milli komandası ciddi itkiylə üzləşib. Qol.Az-ın məlumatına görə, İngiltərə Futbol Assosiasiyasının yaydığı məlumatda deyilir ki, dünən millinin məşqində ciddi zədələnən kapitan Rio Ferdinand DÇ-də iştirak edə bilməyəcək. Ferdinand 4-6 həftə ərzində futboldan kənar qalacaq. Onun əvəzinə isə milliyə «Tottenhem» klubundan Maykl Douson dəvət edilib.
İngiltərə millisinin kapitanı Fabio Kapello Ferdinandın sıradan çıxmasının komandanın düşərgəsində böyük məyusluq yaratdığını söyləyib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi