Remsi "Arsenal"dan gedir - rəsmi

Remsi "Arsenal"dan gedir - rəsmi
DÜNYA FUTBOLU 12 Oktyabr 2018 / 21:01 4016
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Aaron Remsi bu mövsümün sonu azad agent kimi London klubunu tərk edəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 27 yaşlı yarımmüdafiəçinin özü bildirib. O, klubunun bu qərarı verdiyini deyib: "Mövsümün sonuna kimi "Arsenal"da qalacam. Çünki müqaviləmin müddəti davam edir. Burada hər şey əla idi. Biz düşünürdük ki, yeni müqavilə ilə bağlı razılıq olacaq. Amma belə olmadı. Bu qərarı klub verdi. Futbolda hər şey olur. Mövsümün sonuna kimi klubuma kömək etmək üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, A.Remsi 2008-ci ildən "Arsenal"da oynayır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi