“Astana”dan Almeydanın dubluna xüsusi diqqət

“Astana”dan Almeydanın dubluna xüsusi diqqət
XƏBƏR 12 Oktyabr 2018 / 12:39 5219
-  A +

“Astana” klubunun rəsmi saytı Riçard Almeydanın Azərbaycan millisinin heyətində 2 qol vurmasına xüsusi diqqət göstərib.

Qol.az-ın xəbərinə görə, sayt dünən Farer adaları ilə görüşdə braziliyalı milliləşdirilmiş oyunçunun 2 qol vurmasını baş xəbərləri sırasına çıxarıb.

Xəbərdə “Astana”lı oyunçunun dubl etdiyi, bununla da millidə qolların sayını 3-ə çatdırdığı qeyd olunub. “Bu isə ona sözügedən turnirdə millinin ən yaxşı bombardiri olmağa imkan verir” – deyə xəbərdə bildirilib.

Xatırladaq ki, UEFA Millətlər Liqasının Farer adaları - Azərbaycan matçında (0:3) Riçard Almeyda komandamızın 28 və 86-cı dəqiqədə (penalti) vurduğu qolların müəllifi olub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi