Millimizin rəqibi dünya çempionatına kimlərlə gedir?

Millimizin rəqibi dünya çempionatına kimlərlə gedir?
XƏBƏR 2 İyun 2010 / 12:35 1729
-  A +

Növbəti seçmə tsikldə millimizin rəqiblərindən olan Almaniya yığmasının qarşıdakı dünya çempionatı üçün yekun heyəti məlum olub. Qol.Az-ın məlumatına görə, bundestimin baş məşqçisi Yoahim Löv ötən seçmə mərhələdə iştirak edən “Hoffenhaym”ın müdafiəçisi Andreas Beki heyətdən kənarlaşdırıb. Bundestimin kapitanı Mihael Ballak (“Çelsi”, İngiltərə) ilə onun əvəzləyicisi, “Ştitqart”ın yarımmüdafiəçisi Kristian Traş zədələndikdən sonra baş məşqçinin sərəncamında 25 oyunçu qalmışdı. Ancaq “Şalke”nin müdafiəçisi Hayko Vestermmann da zədələndikdən sonra Lövə son heyətdən bir futbolçunu çıxarmaq qalırdı. Beləliklə, almanlar mundialda aşağıdakı heyətlə mübarizə aparmaq məcburiyyətində qalıblar:
Qapıçılar: Hans-Yurgen Butt (“Bavariya”), Manuel Noyer (“Şalke”), Tim Vize (“Verder”);
Müdafiəçilər: Denis Aoqo, Jerom Boatenq, Marsel Yansen (hamısı “Hamburq”), Holqer Badştuber, Filipp Lam (hər ikisi “Bavariya”), Arne Fridrix (“Herta”), Per Mertesaker (“Verder”), Sərdar Taşçı (“Ştutqart”);
Yarımmüdafiəçilər: Sami Hedira (“Ştutqart”), Toni Kroos (“Bayer”), Marko Marin, Məsut Özil (hər ikisi “Verder”), Bastian Şvaynştayger (“Bavariya”), Pyotr Troxovski (“Hamburq”);
Hücumçular: Kakau (“Ştutqart”), Mario Qomes, Miroslav Kloze, Tomas Müller (hamısı “Bavariya”), Ştefan Kisslinq (“Bayer”), Lukas Podolski (“Köln”).

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi