"Real"ın futbolçusu Kərim Benzema Fransa millisinə çağırılmayacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qraet yerli mətbuata məlumat verib. O, 2015-ci ildən bəri milli komandaya çağırılmayan 30 yaşlı hücumçunun yaxşı formada olmadığını vurğulayıb: "Benzemanın milliyə çağırılma şansı qalmayıb. Uzun zamandır ki, yaxşı formada da deyil".
Qurum rəhbəri Benzema ilə "Fənərbaxça"nın futbolçusu Mateu Valbuena arasındakı məhkəməyə də münasibət bildirib: "Benzema ilə Valbuena arasındakı məhkəmə 3-4 ildir ki, davam edir. Qərar çoxdan çıxmalı idi. Bu məsələ də Benzemanın vəziyyətini çətinləşdirir".
Xatırladaq ki, Benzema millidəki sabiq komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün 2015-ci ildən Fransa yığmasından uzaqlaşdırılıb və indiyə kimi milliyə çağırılmayıb.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt