Robertas Poşkus “İnter”dən gedəcəyini təsdiqlədi

Robertas Poşkus “İnter”dən gedəcəyini təsdiqlədi
XƏBƏR 31 May 2010 / 12:20 2012
-  A +

“Azərbaycan çempionu olmağım təkcə mənim xidmətim deyil. Bu, rəhbərliyin, Kaxaber Sxadadze başda olmaqla məşqçilər korpusunun, futbolçuların və azarkeşlərimizin ümumi qələbəsidir. Əlbəttə, mən çempion olmağıma və son turda etdiyim het-trikə görə çox şadam. Lakin inanın ki, bu qələbə bizə hədsiz dərəcədə çətin başa gəldi. Çempionluq uğrunda mübarizə son tura kimi getdi və biz onda favorit deyildik. Ancaq necə deyərlər, qızıl medallar bununla qiymətlidir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə Azərbaycan çempionu adını qazanan Robertas Poşkus deyib.
Poşkus uzun illər oynadığı Rusiya çempionatı ilə Premyer Liqamızı müqayisə edib: “Əlbəttə, Azərbaycan çempionatının səviyyəsi Rusiyadakı kimi yüksək deyil. Bir neçə yaxşı klub var, ancaq bundan artıq yox. Orada çox şey çatışmır: meydançalar, təşkilatçılıq, yüksək səviyyəli futbolçular, xüsusilə söhbət yerli oyunçulardan gedəndə. Ancaq Azərbaycan banan respublikası deyil. Oradakı insanlar futbolu sevir və başa düşür”.
“İnter”lə müqaviləsi bitən Robertas anlaşmasını uzatmaq fikrində deyil. O, başqa klubda oynamaq istədiyini söhbətləşdiyi rus həmkarımıza da etiraf edib: “Gələcək karyeram haqda istirahət etdiyim zaman düşünəcəyəm. Özümdə Azərbaycan çempionatından yüksək səviyyəli liqada oynamaq gücünü hiss etdiyimi gizlətmirəm. Rusiyadan təklifi məmnuniyyətlə nəzərdən keçirərdim”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi