İtaliya millisinin sabiq üzvü 1 illik futboldan uzaqlaşdırıla bilər

İtaliya millisinin sabiq üzvü 1 illik futboldan uzaqlaşdırıla bilər
DÜNYA FUTBOLU 26 Sentyabr 2018 / 00:01 1787
-  A +

İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi futboldan uzaqlaşdırıla bilər.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, buna səbəb futbolçunun dopinqdən istifadə etməsi olub.

İtaliyanın Antidopinq Agentliyinin yaydığı məlumatda ötən mövsüm “Cenoa”da çıxış edən 31 yaşlı futbolçudan A Seriyasının sonuncu turunda  “Benevento” ilə oyundan sonra alınan dopinq testlərinin müsbət çıxdığı bildirilib. Rossinin bir il futboldan uzaqlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, karyerası ərzində “Nyukasl”, “Mançester Yunayted”, “Vilyarreal”, “ Fiorentina”, “Cenoa” kimi klubların şərəfini qoruyan hücumçu, İtaliya millisində 29 oyun keçirib.
 

Daha çox


Son xəbərlər
12.12.18  22:03

"Liverpul"da ciddi itki

12.12.18  20:01

Pike klub aldı

12.12.18  12:29

"İnter" - PSV - Video