Avropa nəhənglərinin istədiyi futbolçunun qiyməti - 75 milyon avro

Avropa nəhənglərinin istədiyi futbolçunun qiyməti -  75 milyon avro
XƏBƏR 14 Sentyabr 2018 / 14:20 4142
-  A +

“Barselona”, “Real”, PSJ, “Roma” və “Tottenhem”in maraq dairəsində olan “Ayaks”ın yarımmüdafiəçisi Frenki De Yonqun transfer məbləği müəyyənləşib.

Qol.az-ın “Sport.es” nəşrinə istinadən yaydığı xəbərə görə, Amsterdam təmsilçisi 21 yaşlı futbolçuya 75 milyon avro qiymət qoyub. Avropa nəhənglərinin gənc oyunçu üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraq doğurur.

Qeyd edək ki, De Yonqun transferində daha çox “Barselona” və “Real”ın maraqlı olduğu iddia olunur. Hətta “kral klubu”nun istedadlı futbolçu üçün “Ayaks”a 55 milyon avro ödəməyə hazır olduğunu bildirir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi