Hazard Premyer Liqadakı kobud oyun haqda

Hazard Premyer Liqadakı kobud oyun haqda
DÜNYA FUTBOLU 28 Avqust 2018 / 14:13 2795
-  A +

“Çelsi”nin hücumçusu Eden Hazard London klubunun hazırkı mövsümdəki oyunu və Premyer Liqadakı kobud qayda pozuntuları haqda fikirlərini açıqlayıb.

Qol.az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, o deyib ki, “Çelsi” ilk 3 görüşün hamısında qalib gəlməklə mövsümə yaxşı başlayıb:

“Biz bu tempi saxlamalıyıq. Movsümün sonu turnir cədvəlində ən üst pillədə olmaq istəyirik”.

“Nyukasl” – “Çelsi” matçında (1:2) meydan sahiblərinin oyunçusu Metyu Ritçinin kobud oyununa da toxunan Hazard deyib: “Bu, İngiltərə Premyer Liqasıdır. Premyer Liqa həmişə belə olub, hər istirahət günü eyni şey təkrarlanır. Mən şikayət etmirəm, öz işimi görməyə çalışıram. Əgər top səndədisə, kobud oyun gözləniləndi, bunda təəccüblü nəsə yoxdur”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi